Çin Xalq Respublikasının sədri Si Cinpin Tacikistan Prezidenti Emomali Rahmonun dəvəti ilə iyulun 4-6-da Mərkəzi Asiya ölkəsində dövlət səfərində olacaq.
Ordu.az xəbər verir ki, bu barədə TASS-a Tacikistan Xarici İşlər Nazirliyi məlumat verib.
“Çin sədri Si Cinpinin dövlət səfəri Tacikistan Prezidenti Emomali Rahmonun dəvəti ilə iyulun 4-6-da baş tutacaq”, – mənbə bildirib. O həmçinin əlavə edib ki, Çin lideri digər rəsmi tədbirlərdə də iştirak edəcək.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Si-Cinpin
Tacikistan