Böyük Britaniya İsrailə silah satışını dayandıra bilər

2024/06/1719377980.jpg
Oxunub: 311     09:46     30 İyun 2024    
Müxalif Leyboristlər Partiyası Böyük Britaniyada keçiriləcək seçkilərdə qalib gələrsə, İsrail və Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq.

Ordu.az-ın “Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın keçmiş kölgə xarici işlər naziri, parlamentə yenidən seçilməyə namizəd Fabian Hamilton deyib.

“Silah satışı məsələsinə gəlincə, gələn həftə seçkilərdə qalib gəlsək, İsrailə silah satışını dərhal dayandıracağıq”, – siyasətçi bildirib.

Hamilton əlavə edib ki, Leyboristlər Britaniyanın ən böyük müştərisi olan Səudiyyə Ərəbistanına silah satışını da dayandıracaq.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Londonun İsrailə silah satışı üçün ixrac lisenziyalarının verilməsini dayandırmaq niyyətində olduğunu açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İsrail  


Bizi "telegram"da izləyin