MSK seçki prosesini izləmək üçün xarici müşahidəçilərə dəvət göndərəcək

2024/02/-100d-1707218251.jpg
Oxunub: 246     16:45     29 İyun 2024    
Ötən seçkilərdə prosesi izləyən xarici müşahidəçilərə dəvət göndərəcəyik.

Ordu.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 29-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı addımlar atacaq.

"Dairələrdə müşahidə aparmaq istəyənlər dairə seçki komissiyalarına müraciət edə bilərlər. Bu seçkilərdə də on minlərlə müşahidəçinin iştirakı gözlənilir", - MSK sədri qeyd edib.

Qeyd edək ki, Azərbaycanın bütün ərazilərində seçkilərin müşahidə edilməsi üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə artıq başlanılıb.

Müşahidəçilərin qeydə alınması prosesi avqustun 22-dək davam edəcək. Seçki dairəsi ərazisində müşahidə aparmaq üçün isə avqustun 27-dək müraciət qəbul ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSK   Seçki  


Bizi "telegram"da izləyin