“Aprelin sonunda Tbilisidə erməni və türk diplomatların görüşünün keçirildiyi barədə məlumatlar var” - Areşev

2023/12/1702884432.jpg
Oxunub: 450     17:22     29 İyun 2024    
“Aprelin sonunda Tbilisidə erməni və türk diplomatların görüşünün keçirildiyi barədə məlumatlar var”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

Areşev sual verib ki, onlar orada nəyi müzakirə ediblər?

“Hansı kommunikasiya layihələrini müzakirə ediblər? Aydın deyil. Müxtəlif fərziyyələr irəli sürmək olar, bunların arasında Ermənistan hakimiyyəti, İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanla qaz ticarəti müqabilində Mehridən keçən dəhlizin ekstraterritorial istismarına hansısa yolla razılıq verib. Ermənistan hakimiyyətinə elə gəlir ki, Azərbaycanın tələblərinin yerinə yetirilməsi uzunmüddətli sülh və sabitliyi təmin edəcək”, - deyə o bildirib.

Ekspert qeyd edib ki, Tavusdan sonra növbə İrəvanı Zəngəzur və İranla birləşdirən Kərkiyə çatacaq.

O, bununla bağlı etirazların baş verəcəyini istisna etməyib, lakin Areşevin fikrincə, müxtəlif ictimai qruplar Bakı və İrəvanın razılaşdırılmış və birgə qərarına qarşı az iş görə bilər.

“Belə bir həllin olması isə şübhəsizdir”, - deyə ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Tavus   Zəngəzur   İran  


Bizi "telegram"da izləyin