Berlində keçirilən Fələstinə dəstək aksiyasında çoxlu insan saxlanılıb

2024/06/66809-1719721997.jpg
Oxunub: 258     03:58     30 İyun 2024    
Almaniyanın paytaxtı Berlində Fələstinə dəstək aksiyası zamanı çoxlu nümayişçi saxlanılıb.

Ordu.az xəbər verir ki, yüzlərlə insan Fələstinlə həmrəylik nümayiş etdirmək və İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün Vedding məhəlləsindəki Müller küçəsində bələdiyyə binası qarşısında toplaşıb.

Daha sonra nümayişçilər Fələstin bayraqları ilə yürüş edib və əllərində "Fələstinlilərin həyatı önəmlidir", "Atəşkəs indi" və "İsrail tərəfindən 19 mindən çox qadın öldürülüb" yazılı plakat və lövhələr tutublar.

Əksəriyyəti qadın və uşaqlardan ibarət nümayişçilər “Qəzzada soyqırımı dayandırın”, “Torpaqlarımızı oğurladığı üçün səsimizi çıxarırıq”, “Fələstinə azadlıq”, “Netanyahu terrorçudur” kimi şüarlar səsləndiriblər.

Gesundbrunnen metro stansiyası yaxınlığında keçirilən nümayişə polis müdaxilə edərək çoxlu sayda fəalı saxlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fələstin  


Bizi "telegram"da izləyin