İranda keçirilən seçkilər zamanı 20 təxribat və kiberhücumların qarşısı alınıb

2024/02/1706860459.jpg
Oxunub: 263     03:06     30 İyun 2024    
İranda keçirilən prezident seçkiləri zamanı ən azı 20 təxribat və çoxsaylı kiberhücumların qarşısı alınıb.

Ordu.az ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur bildirib.

Onun sözlərinə görə, seçkilərin birinci turu zamanı çoxsaylı kiberhücumlar da dəf edilib:

“Düşmən və onun ölkə daxilindəki agentləri fiber-optik rabitə xətlərini kəsərək seçki prosesini pozmağa çox cəhdlər ediblər, 20-yə yaxın təxribat aktı qeydə alınıb. Onlardan 9-u rabitənin kəsilməsinə səbəb olub. Bütün problemlər ən qısa müddətdə dərhal aradan qaldırılıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki  


Bizi "telegram"da izləyin