Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb

2024/06/dea6a-1719674689.jpg
Oxunub: 352     19:23     29 İyun 2024    
Türkiyənin Müdafiə Nazirliyi ölkənin qərbində İzmir vilayətinin Menderes rayonunda baş verən meşə yanğınının söndürülməsinə kömək etmək üçün təyyarələr ayırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə nazirlik “X” sosial şəbəkəsində məlumat yayıb.

“İzmirdə yanğınsöndürmə işlərinə dəstək olmaq üçün Türkiyə Silahlı Qüvvələrinə məxsus 3 ədəd “Cougar” helikopteri və iki ədəd “CH-47” helikopteri cəlb edilib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, yanğın Bakı vaxtı ilə saat 14:00 radələrində Menderes rayonunda Qaracadağ meşə massivində baş verib. İzmir Regional Meşə Təsərrüfatı İdarəsi yanğının yayılmasının qarşısını almaq üçün səy göstərir.

Yanğının söndürülməsində idarənin 4 təyyarəsi, 8 helikopteri, 25 su tankeri, buldozer və onlarla yanğınsöndürən iştirak edir. Ehtiyat tədbiri olaraq yanğın zonasına yaxın kənddə yerləşən bir neçə yaşayış binası təxliyə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ordu  


Bizi "telegram"da izləyin