KİV: Suriya və Türkiyə Bağdadda münasibətləri yaxşılaşdırmaq üçün dialoqa başlayacaq

2024/06/66811-1719737592.jpg
Oxunub: 340     12:49     30 İyun 2024    
Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi tərəflərin danışıqlara başladığı tarixi açıqlamadan Əl Vətən qəzetinə məlumat verib.

Məlumata görə, qarşıdan gələn Suriya-Türkiyə görüşü uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bunun siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir.

Nəşrin qeyd etdiyi kimi, Türkiyə tərəfi Moskva və Bağdaddan “ikitərəfli dialoqun aparılacağı masada mediadan uzaqda iştirak etməyi” xahiş edib. Tərəflər iki qonşu arasında münasibətləri normala, əvvəlki səviyyəyə qaytarmaq üçün bütün detalları müzakirə etməli olacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə  


Bizi "telegram"da izləyin