İsrail qırıcıları Beyrut üzərində minimum hündürlükdə uçub

2024/06/6680c-1719722844.jpg
Oxunub: 394     07:07     30 İyun 2024    
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın hava məkanını pozaraq, mərkəzi və cənub bölgələri üzərində aşağı hündürlükdə kəşfiyyat uçuşları həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Livanın “Lebanon24” informasiya portalı məlumat yayıb.

Portalın məlumatına görə, İsrail pilotları Beyrut üzərində çox aşağı yüksəklikdə uçublar və bundan sonra sakinlər bir neçə dəfə də partlayış səsləri eşidiblər.

Portal İsrail qırıcılarının Bekaa vadisi və Livan dağlarının şərq silsiləsi üzərində səmada peyda olduğunu yazıb. Döyüş təyyarələri Cəzzinə, İqlim ət-Tuffah, həmçinin Nəbatiyyə, Rəşau`l-Fuxar, Səidə və Tir bölgələrində hava döyüşünü imitasiya ediblər.

Təyyarələrin belə alçaqdan uçması sakinlər arasında panikaya səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin