MSK “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədlərini avqustun 12-dək qəbul edəcək

2024/06/17195-1719673395.jpg
Oxunub: 362     17:18     29 İyun 2024    
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək.

Ordu.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında öz əksini tapıb.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar müraciət müddət avqustun 12-dək davam edəcək. Səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSK   Seçki  


Bizi "telegram"da izləyin