MSK sədri: "Milli Məclisə seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq"

2023/12/mezah-1703337427.jpg
Oxunub: 243     16:39     29 İyun 2024    
Milli Məclisə növbədənkənar seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq.

Ordu.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 29-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri ilə bağlı geniş şəkildə tədbirlər keçirilməlidir: "Müxtəlif qurumlarla birgə tədbirlərin keçirilməsi üçün addımlar atılacaq. Gənclər, qadınlar, müxtəlif təbəqələrdən olan insanlarla maarifləndirici tədbirlər vacibdir. Siyasi partiyaların bu seçkidə iştirakı geniş olacaq. Əgər siyasi partiyalar maraq göstərirlərsə, müraciət edə bilərlər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSK-sədri   Məzahir-Pənahov  


Bizi "telegram"da izləyin