Fransada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB

2024/06/66808-1719721818.jpg
Oxunub: 405     10:53     30 İyun 2024    
Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər üçün səsvermə başlayıb.

Ordu.az xəbər verir ki, bu seçkilərin özəlliyi iyulun 26-da Parisdə start götürən Olimpiya Oyunlarına fəal hazırlıq dövrünə təsadüf edən seçki kampaniyasının son dərəcə qısalığı (üç həftədən az) olub.

577 yer uğrunda mübarizəni mərkəzçi prezident koalisiyası, sağçı Milli Birlik və solçu Yeni Xalq Cəbhəsi aparır.

Birinci turda seçilmək üçün namizəd yaşadığı bölgədəki seçicilərin yarıdan çoxunun dəstəyini almalıdır. Birinci turda azı 12,5 % səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştiraka buraxıla bilər.

Qeyd edək ki, növbədənkənar seçkiləri Fransa Prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə ciddi məğlubiyyəti fonunda təyin edib.

***

Fransa xalqı bu gün növbədənkənar seçkilər üçün sandıq başına gedəcək.

Ordu.az xəbər verir ki, sorğular seçkilərdə ifrat sağçı Milli Birlik Partiyasının qalib gələcəyini göstərir. Avropa Birliyində isə Fransanın Aİ-dan çıxması mənasına gələn “Frexit”lə bağlı narahatlıqlar artır.

İyunun əvvəlində Avropa Parlamentinin yeni üzvləri seçilib. Seçki ifrat sağçıların yüksəlişi ilə yadda qalıb. Fransa prezidenti Emmanuel Makron isə böyük məğlubiyyətlə üzləşərək parlamenti buraxıb.

Fransızlar bu gün seçkinin birinci turu üçün sandıq başına gedəcək. Son rəy sorğuları göstərir ki, Makron seçkidə öndə olmayacaq.

Marin Le Pen tərəfindən Milli Birlik Partiyasının baş nazir postuna namizədi kimi irəli sürdüyü 28 yaşlı Cordan Bardellanın seçkinin ilk turunda qalib gələcəyi proqnozlaşdırılır.

Fransada ifrat sağçıların yüksəlişinin insan hüquqları, bərabərlik və demokratik dəyərlər kimi fundamental prinsiplərə zərər verə biləcəyi ilə bağlı narahatlıq var.

Avropa Birliyi cəbhəsində isə, “Brexit” kimi Fransanın Aİ-dan çıxması mənasına gələn “Frexit” gündəmdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Seçki  


Bizi "telegram"da izləyin