Si Cinpin ŞƏT sammitində iştirak edəcək

2024/06/1718515582.jpg
Oxunub: 392     11:48     30 İyun 2024    
Çinin lideri Si Cinpin iyulun 2-dən 6-dək beynəlxalq turneyə çıxacaq, o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək, Qazaxıstan və Tacikistana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin lideri Si Cinpin iyulun 2-dən 6-dək Astanada ŞƏT-ə üzv ölkələrin Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək, Qazaxıstan Respublikası və Tacikistan Respublikasına dövlət səfərləri edəcək”, - nazirliyin bəyanatında deyilir.

Qeyd edildiyi kimi, Si Cinpin bu dövlətlərin liderlərinin dəvəti ilə Qazaxıstan və Tacikistana səfər edəcək.

ŞƏT sammiti iyulun 4-də Astanada Müstəqillik Sarayında baş tutacaq. Təşkilatın baş katibi Zhang Ming-in iştirakı gözlənilir. İclasa BMT-nin baş katibi Antonio Quterreş və bəzi beynəlxalq təşkilatların rəhbərləri dəvət olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Si-Cinpin   ŞƏT  


Bizi "telegram"da izləyin