Nigeriyada çoxsaylı partlayışlar nəticəsində azı 18 nəfər ölüb

2024/06/0d45f-1719722331.jpg
Oxunub: 224     04:31     30 İyun 2024    
Nigeriyanın şimal-şərqində törədilən çoxsaylı partlayışlar nəticəsində azı 18 nəfər ölüb, 30 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” yerli fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, partlayışlar ölkənin şimal-şərqindəki Borno ştatında baş verib.

Ehtimallara görə, buna kamikadzelərin bombaları partlatması səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Partlayış  


Bizi "telegram"da izləyin