İsrail XİN: Terror aktına cəhd zamanı Belqraddakı səfirliyin əməkdaşlarından heç biri xəsarət almayıb

2024/06/e2189-1719673445.jpg
Oxunub: 318     17:23     29 İyun 2024    
Terror aktına cəhd zamanı İsrailin Belqraddakı səfirliyin əməkdaşlarından heç biri xəsarət almayıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

“Bu gün İsrailin Belqraddakı səfirliyinin ərazisində terror aktına cəhd edilib. Səfirlik bağlıdır və səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb. Yerli polis yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır”, - məlumatda qeyd edilib.

Bu gün səhər saatlarında Serbiya daxili işlər naziri İvitsa Daçiç bildirib ki, naməlum şəxs İsrailin Serbiyadakı səfirliyində jandarm zabitini arbaletlə yaralayıb və cavab atəşi ilə zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   XİN  


Bizi "telegram"da izləyin