Hindistan astronavtlarını Aya göndərmək üçün yeni nəsil raket hazırlayır

2024/05/1715927902.jpg
Oxunub: 264     04:17     30 İyun 2024    
Hindistan öz astronavtlarını Aya göndərmək proqramı çərçivəsində yeni nəsil daşıyıcı aparat hazırlamağa başlayıb.

Ordu.az-ın məlumatına görə, bunu Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri Şridhara Paniker Somnath NDTV kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni daşıyıcı NGLV (Next Generation Launch Vehicle) “Surya” (Hinduizmdə günəş tanrısı – Qeyd) adlandırılıb.

“Hazırda raket dizayn mərhələsindədir” deyən təşkilat rəhbəri əlavə edib ki, “Surya” raketi 2040-cı ildə Aya növbəti missiya üçün Hindistan kosmik gəmisini orbitə çıxaracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ay  


Bizi "telegram"da izləyin