Ərdoğan Şuşa şəhərində keçiriləcək zirvə toplantısında iştirak edəcək

2024/06/8sbp0-1719721517.jpg
Oxunub: 340     00:29     30 İyun 2024    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.

Belə ki, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.

Bundan sonra o iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Şuşa  


Bizi "telegram"da izləyin