ABŞ administrasiyası Ukrayna ilə bağlı strategiyasını konqresmenlərə təqdim edəcək

2024/06/1719465310.jpg
Oxunub: 133     04:43     27 İyun 2024    
Vaşinqton administrasiyası ABŞ Konqresinin Nümayəndələr Palatasını Ukrayna ilə bağlı strategiyası ilə tez bir zamanda tanış etmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

“Açılış sözümdə dediyim kimi, bizim məqsədimiz Ukraynanın qələbə qazanması, qələbəyə can atdıqca çiçəklənməsidir. Və mən bilirəm ki, biz Palataya bir strategiya təqdim etməliyik. Biz bunu mümkün qədər tez etmək üçün çalışırıq”, - deyə o bildirib.

Konqresdəki respublikaçılar əvvəllər dəfələrlə prezident Cozef Baydenin rəhbərlik etdiyi administrasiyanı Ukraynadakı fəaliyyəti ilə bağlı dəqiq strategiya və ya münaqişəyə son qoymaq planını təqdim etmədiyinə görə tənqid ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin