İsrailin Belqraddakı səfirliyini mühafizə edən polisə arbaletlə hücum olunub

2024/06/66803-1719681033.jpg
Oxunub: 364     21:08     29 İyun 2024    
Serbiyanın paytaxtı Belqradda İsrail səfirliyini mühafizə edən polis əməkdaşına arbaletlə hücum edilib.

Ordu.az xəbər verir ki, hücumu təşkil edən şəxs zərərsizləşdirilib, polis əməkdaşı isə ağır yaralıdır.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç hücumun radikal dindar bir şəxs tərəfindən həyata keçirildiyini bildirib. Nazir bildirib ki, polisin boynuna ox batıb, o isə öz növbəsində hücum edən şəxsə bir neçə dəfə atəş açıb.

Nazir həmçinin hadisə ilə əlaqəsi olduğu güman edilən bir neçə nəfərin də həbs olunduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Serbiya  


Bizi "telegram"da izləyin