Rusiyadan İrana “böhran səfəri” və Astana “yemək süfrəsi”nə dəvət – ANALİZ

2024/06/2023--1719210314.jpg
Oxunub: 1099     17:39     24 İyun 2024    
İyunun 13-də Rusiya prezidenti Vladimir Putin İranın prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxberlə telefon danışığı aparıb. Moxber İranın Ali Rəhbərinin qərarı ilə keçiriləcək prezident seçkilərinə cavabdehdir.

Yəni Ayətullah Xameneyi və Putinin “dəmiri isti-isti döyməsi” üçün hər şeyi etməlidir: Ermənistan Astanada “yemək süfrəsi”nə dəvət olunacaqmı? İran İnqilab Keşikçiləri Korpusunun Ali Komandanlığının namizədi qalib gələcəkmi? Bəs o kimdir? Xameneyinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlali, yoxsa parlamentin spikeri Məhəmməd Baqir Qalibaf? Cəlali İranın “nüvə dosyesi”nə nəzarət edir. İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri ABŞ ilə vasitəçiliklə aparılan danışıqları koordinasiya edir.

O, Ali Rəhbərin qızının ərinin qardaşıdır. Moxber Ali Rəhbərin ofisinə rəhbərlik edir, onun dövlət büdcəsindən ayrı olan maliyyəsini idarə edir. KİV-lərin məlumatına görə, Qalibaf prezident seçilərsə, hərtərəfli Rusiya-İran əməkdaşlığına dair saziş üzrə müzakirələr bərpa olunacaq. Bunun fonunda Rusiya prezidentinin müşaviri İqor Levitinin Tehrana “böhran səfəri” vurğulanır.

O, Moxberlə danışıqlar aparıb. 162 kilometr uzunluğunda Rəşt-İran Astarası dəmir yolunun çəkilməsi məsələsi xüsusi müzakirə olunub. Bu, Sankt-Peterburq-Fars körfəzi kommunikasiyasının işə salınmasına “kifayət etməyən” hissədir. Məsələ 2010-cu illərdən müzakirə olunur, lakin ötən il Rusiya bir milyard yarım avro güzəştli kredit ayırsa da, obeyktiv görünüşə gətirilmir. IRNA agentliyinin Moxber-Levitin danışıqları ilə bağlı məlumatından belə nəticəyə gəlmək olar ki, İran tərəfi kredit şərtlərinin tənzimlənməsi məsələsini müzakirə predmetinə çevirib.

Bu o deməkdir ki, Putin prezident seçkilərindən yeni hökumətin qurulmasına qədər olan müddətdən “dəmiri isti-isti döymək” prinsipi ilə istifadə etməyə çalışır, İran tərəfi isə özünün on “bəli”sindən birini deyir. Belə qənaətə gəlmək olar ki, pauza geosiyasi mövqeləşdirmə əhəmiyyətinə malikdir. Moskva Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi də Tehrana göndərib.

İnformasiya müstəvisində tərəflər Cənubi Qafqaz nizamlanması prosesində regiondankənar qüvvələrin mövcudluğunun arzuolunmazlığı məsələsində həmrəydirlər, lakin İran tərəfinin şərhində bir nüans var: Tehran sanki başa salır ki, əgər “razılaşdırılıbsa”, Qərbin iştirakına qarşı deyil. Görünür, bu, Avropa İttifaqı ilə razılaşmaların mümkünlüyü üçün siqnaldır.

Bununla belə, Rusiya “sıxmağa” başlayıb: Rusiya-Azərbaycan-İran avtomobil daşımalarının təşkili üzrə işçi qrupu yaradılıb. Rusiya-Azərbaycan və Azərbaycan-İran gömrük məntəqələrində genişləndirmə və texniki modernləşdirmənin həyata keçirilməsi planlaşdırılır. İran-Avrasiya İqtisadi Birliyi (AİB) azad ticarət sazişi qüvvəyə minir, lakin bu, əslində Rusiya-İran razılaşmasıdır.

Müvafiq olaraq, Azərbaycan AİB-in rəsmi üzvü olmayaraq, İran-AİB diplomatik tranzitini təmin edir. Xovayevin Tehrana səfəri bu reallıqla bağlıdır. İyulun 4-də ŞƏT-in Astanada keçiriləcək sammitinin nəticələrinə əsasən, Cənubi Qafqazın hara getdiyini yəqin ki, proqnozlaşdırmaq olar. Ermənistan o “yemək süfrəsi”nə dəvət olunacaqmı?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Böhran-səfəri   Astana  


Bizi "telegram"da izləyin