İran ermənisi: “Tehran 300 minə yaxın azərbaycanlının Ermənistana köçürülməsinin hansı nəticələrə gətirib çıxaracağını yaxşı bilir”

2024/06/2024--1719489043.jpg
Oxunub: 348     15:38     27 İyun 2024    
“Bildiyiniz kimi, İranda prezidentliyə 6 namizəd var. Seçki mübarizəsi qızğındır”.

Ordu.az xəbər verir ki, bunu Tehranın “Alik” qəzetinin baş redaktoru Aram Şahnazaryan deyib.

Onun sözlərinə görə, əsas mübarizə 3 namizəd - Qalibaf, Cəlili və Pezeşkian arasında gedir və dərc olunmuş rəy sorğuları ikinci turun qaçılmaz olacağını, bu turda islahatçı Pezeşkianın mühafizəkar namizədlərdən biri ilə rəqabət aparacağını göstərir.

“Xarici siyasətə, xüsusən də İranın Ermənistan və Azərbaycanla münasibətlərinə gəlincə, nəzərə almaq lazımdır ki, bu halda İranın Cənubi Qafqazla bağlı 44 günlük müharibədən sonra əsaslı şəkildə yenidən nəzərdən keçirilmiş və İranın Ali Rəhbərinin müxtəlif məqamlarda açıq şəkildə ifadə etdiyi bir siyasət var. Deməli, mühafizəkar və ya islahatçı olmasından asılı olmayaraq növbəti prezident kim olacaqsa, bu siyasətin əsas prinsipləri bu və ya digər şəkildə qorunub saxlanılacaq. Məncə hər şey çox aydındır. Tehran rəsmiləri çox yaxşı başa düşürlər ki, Ermənistanın demoqrafik mənzərəsində mümkün dəyişiklik mümkün sərhəd dəyişikliyindən heç də az təhlükəli deyil. Onlar anklavların Bakıya verilməsinin və 300 minə yaxın azərbaycanlının Ermənistana köçürülməsinin hansı nəticələrə gətirib çıxaracağını yaxşı bilirlər. Bu, təkcə Ermənistan üçün deyil, həm də İran üçün ciddi təhlükəsizlik problemidir. Bunu İranda aydın şəkildə başa düşürlər”, - deyə Şahnazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Bakı   Ermənistan  


Bizi "telegram"da izləyin