Ordu.az xəbər verir ki, təqdimat İstanbulda keçirilən SAHA sərgisində baş tutub.
PUA yüksək zərbə radiusuna malik döyüş başlığı ilə xidmət göstərəcək. Avtonom və operator tərəfindən işləmə imkanları ilə “Deli” modul quruluşu sayəsində asanlıqla daşına bilir və 15 dəqiqədən az müddətdə istifadəyə hazır olur.
Sistemin kreyser sürəti saatda 80 kilometr, maksimum sürəti isə 180 kilometrə çata bilir.
Şirkətin baş direktoru Davut Yılmaz “Anadolu” agentliyinə bildirib ki, “Deli” Layihəsi təxminən 2 il əvvəl başlayıb.
“Deli” havada 1 saat 75 dəqiqədən çox qala bilir, 85 kilometr məsafə qət edə bilir və təxminən 3,1 kiloqram döyüş başlığına malikdir. Döyüş başlığı TÜBİTAK SAGE tərəfindən hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az