Bu boşluq Rusiyanın 41-ci Ordunun qərargah rəisi, general Vitali Gerasimovun öldürülməsinə səbəb olub. “Bellingcat” fakt-yoxlama qrupu tərəfindən dinlənilən telefon danışığında 2 Rusiya FTX zabiti generalın Xarkovdan kənarda ölümünü müzakirə edirlər.
“Bellingcat”ın icraçı direktoru Kristo Qrozev “Twitter”də bildirib: “Zəng zamanı Ukraynada fəaliyyət göstərən FTX zabiti öz müdirindən “Era” təhlükəsiz sistemi vasitəsilə danışıb-danışa bilməyəcəyini soruşur. Müdir deyir ki, “Era” işləmir”.
“Era” Rusiya Müdafiə Nazirliyinin 2021-ci ildə böyük səs-küylə təqdim etdiyi çox bahalı kriptofon sistemidir. O, “hər cür şəraitdə” işləməyə zəmanət verirdi. Ancaq ruslar Ukraynada 3G mobil qüllərini məhv etdikdən sonra Xarkovda “Era” kriptofonlarından istifadə etməyə çalşıblar. Ancaq “Era” üçün 3G/4G lazımdır. Kriptofonlar “Stingrays” cihazlarına qoşularaq istifadə edilirdi. “Stingrays” mobil qüllələri təqlid edən dinləmə cihazlarıdır, yəni mobil telefonlar onlara qoşulur və məlumatların ələ keçirilməsinə imkan verir.
Rusiya bəzi internet infrastrukturunu hədəfə alıb, eləcə də mülki vətəndaşları atəşə tutmaqla onu zədələyib, lakin ölkə ilə əlaqəni tam kəsməyə cəhd etməyib. Çünki, Rusiya ordusunun da həmin infrastrukturdan istifadə etməsi lazım ola bilərdi.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya qüvvələrinin Ukraynanın kommunikasiya və informasiyaya çıxışını pozmağa cəhd etdiyini qeyd edib, bunu hücum başlayandan bəri ölkədəki iki televiziya qülləsinə hava zərbələri nümayiş etdirib. Rusiya, yəqin ki, Ukrayna vətəndaşlarının etibarlı xəbər və məlumatlara çıxışını azaltmaq üçün Ukraynanın kommunikasiya infrastrukturunu hədəfə alır. Rusiyanın infrastruktura endirdiyi zərbələr nəticəsində Ukraynanın internetə çıxışı da böyük ehtimalla pozulur.
Sevinc Əliyeva
Ordu.az