Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz aksiyası Arayik Harutyunyan "parlament"in xüsusi iclasında məlum "vəzifəni" üzərinə götürərkən baş verib.
"Şüurlu seçim" ictimai təşkilatının "Facebook" səhifəsində etiraz aksiyasından şəkillər paylaşılıb, şəkillərdə bir qrup şəxs flaşmob həyata keçirib.
Onlar küçədə dayanıblar və "Saxtalaşdırılmış seçkilər", "Xəzinə oğrusu", "And içmə, inanmırıq" və s. kimi yazılarla plakatlar açıblar.
Aksiya iştirakçıları mədəniyyət mərkəzinə doğru gedən küçəni bağlayıblar, polislər isə baryer qurublar və nümayişçilərə irəli hərəkət etməyə icazə verməyiblər.

Alpər Mövludoğlu
Ordu.az