"Etiraz" sözünə uyğun 450 nəticə tapıldı!

Qarabağda növbəti zorakılıq: Şoşdan Hadruta gedən yollar bağlandı (FOTO+VİDEO)

2018/09/23423-1537449388.jpg
Oxunub: 4644     17:14     20 Sentyabr 2018    
Bu gün səhər tezdən işğal altında olan Qarabağda erməni gənclər və bir sıra kənd sakinləri etiraz əlaməti olaraq Şoş kəndindən Hadruta doğru gedən yolu bağlayıblar.

Ordu.az xəbər verir ki, sentyabrın 14-də Qarabağdakı hərbi komissar polkovnik Mxitar Avşaryanın iştirakı ilə qalmaqallı hadisə baş verib.

Sentyabrın 14-də Şoş kəndinə gedən yol üzərində tikinti işləri ilə əlaqədar bir ekskvator dayanıb. Həmin yola yaxınlaşan hərbi komissar polkovnik Mxitar Avşaryan yolun açılmasını tələb edib. Ekskvator sürücüsü kənar yolla keçməsini xahiş etdikdə, Avşaryan ona "Yoxsa elə bilirsiniz, bura Ermənistandır və Nikol Paşinyanda burdadır, ona görə yol bağlayırsınız. Unudun bura Qarabağdır, Ermənistanda nə mümkündürsə, Qarabağda mümkün deyil", deyə əsəbləşib.


Həmin gün, axşamçağı hərbi komissarın oğlu və qondarma qurumun “milli təhlükəsizlik xidmətinin” bir neçə əməkdaşı ekskvator sürücüsünə zəng edərək, onu çölə çağırır və küt alətlə döyürlər. Sürücü Soğomon Melkonyan döyülən gün aldığı xəsarətlər ucbatından həkimə müraciət edə bilmir. O, növbəti gün həkimə müraciət etsə də, xəstəxanada ona diqqət ayrılmır.

Bu barədə məlumat alan gənclər etiraz aksiyalarına başlayıblar. Onlar hərbi komisarın oğlunun və “milli təhlükəsizlik xidmətinin” bir neçə əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Etiraz aksiyaları heç bir mətbuat orqanında işıqlandırılmayıb.

Qeyd edək ki, məsələ ilə bağlı "Sasna Tsrer" təşəbbüs qrupu da bəyanatla çıxış edib.




Alpər Mövludoğlu
Ordu.az


Teqlər: Qarabağ   Etiraz   Zorakılıq