ABŞ-Türkiyə münasibətlərindəki gərginlik regiona necə təsir edə bilər? – EKSPERT (ANALİZ)

2019/07/5765_-1564558347.jpg
Oxunub: 3777     11:03     20 Dekabr 2019    
Son günlər dünyanın siyasi tribunalarında ən çox müzakirə edilən Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasındakı gərginlik, ABŞ prezidenti Donald Trampın Senat tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” haqqında qətnaməyə veto qoyması ilə nisbətən səngimiş vəziyyətə gəldi. Əslində, Trampın bu addımı dünya siyasi mənzərəsində yeni proseslərin başlanğıcından xəbər verir. Söz yox ki, dəfələrlə gündəmə gətirilən sözügedən qətnamə Amerika siyasi dairələrinin Türkiyə ilə münasibətlərdə əsas təsir vasitələrindən biri kimi aktual olaraq qalır. Hərçənd, rəsmi Vaşinqton 2020-2025-ci illər ərzində coğrafi baxımdan Rusiyanın səhədlərinə daha yaxın məsafələrdə və ya rəsmi Moskvanın hərbi-siyasi təsir dairəsində olan ölkələrdə yeni münaqişə ocaqlarının yaradılması planını işə salmağa hazırlaşdığı bir vaxtda Türkiyə kimi strateji müttəfiqini itirmək istəməyəcək.

Bu gün siyasi müşahidəçilər və təhlilçilər Vaşinqton-Ankara gərginliyinin kökündə Türkiyənin Rusyadan “S-400” Hava Hücumundan Müdafiə sistemlərinin almasını əsas gətirirlər. Əslində isə, Amerika Birləşmiş Ştatları ilə Türkiyə Cümhuriyyətinin maraqlarının toqquşduğu daha ciddi məqamlar var ki, bunlar da müxtəlif istiqamətlər üzrə şaxələnir.

Nə qədər qəribə olsa da, bu gərginliklərin fonunda ABŞ-Türkiyə ticari əlaqələri təkcə son 10 ildə 16 milyard dollardan 21 milyard dollara qədər yüksəlib. Bununla yanaşı sonucu G-20 zirvə toplantısında ABŞ və Türkiyə liderlərinin görüşündə iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatıdırılması haqda razılıq əldə olunub. Deməli, məsələ heç də kritik həddə çatmayıb. Təbii ki, hər iki tərəfin ritorik bəyanatları manipulyasiya xarakteri daşıyır və iki tərəf də anlayır ki, qarşılıqlı münasibətlərə son qoyulsa, dünyanın bu günkü hərbi-siyasi mühitində vəziyyət daha gərginləşəcək.

Hələ ki, yaranmış vəziyətdən istifadə edərək, Amerika, 2016-cı ildə Türkiyədə terrorçuluğa dəstək maddəsi ilə saxlanılan amerikalı pastor Endryu Bransonu, həmçinin Türkiyə həbsxanalarında cəza çəkən Amerika vətəndaşlarını və ABŞ konsulluğunun türk əməkdaşının azadlığa buraxılmasına nail olmağa çalışır.

Türkiyənin də qarşılıqlı iddiaları yox deyil. Rəsmi Ankara Fətullah Gülənin və İrana qarşı sanksiyaları pozmaqda ittiham edilərək Amerikada həbs edilən “Halkbank”ın əsas funksinerlərindən biri Mehmet Hakan Atillanın Türkiyəyə verilməsinə çalışır. Bütün bunlarla yanaşı, tərəflərin mətbuatdan gizli saxlanılan digər tələb və şərtləri də var ki, onların ətrafında aparılan danışıqlar hələ ki nəticəsiz qalır.

Digər tərəfdən son illər daha çox müstəqil siyasət aparmağa çalışan rəsmi Ankaranın Rusiya ilə münasibətlərindəki yaxınlaşma Türkiyənin NATO-da mövcudluğunu sual altına gətirir. Buna, hətta türkiyəli rəsmilər eyham vurmaqdan da çəkinməyiblər. Əgər Türkiyənin NATO-dan qopması baş verərsə, bunun dünyanın hərbi-siyasi sferasında nə ilə nəticələnəcəyini təxmin etmək elə də çətin deyil.

Amerikanın Türkiyə ilə narahatlığının daha bir pərdəarxası məqamı isə rəsmi Ankaranın Çin və Yaponiya ilə müdafiə sənayesi və kosmik məsələlərdə işbirliyinə maraq göstərməsidir. Artıq rəsmi Pekin və Tokio ilə bu istiqamətdə danışıqlar aparan rəsmi Ankara özünü qane edəcək bəzi razılaşmalara imza atıb. Çin tərəfindən irəli sürülən “Bir kəmər bir yol” layihəsinin Türkiyə tərəfindən loyal qarşılanması, hətta bu layihəyə rəsmi Ankaranın da qoşulmaq maraqlarının olması təbii ki, Vaşinqtondakı siyasi dairələrin rahatlığını pozmamış deyil... Məhz, elə bu səbəbdən də qərb kəşfiyyat dairələri Çində uyğurlarla bağlı vəziyyəti gərginləşdirməyə, bunun fonunda isə Türkiyə-Çin münasibətlərini kölgəyə salmağa çalışır.

Ankara isə rəsmi Vaşinqtonun Türkiyə üzərindən həyata keçirməyə çalışdığı bir neçə planı bloklaya bildiyindən Amerika siyasəti Türkiyə məsələsində dalana dirənmiş görünür. Türkiyə rəhbərliyinin Amerikanın istifadəsində olan “İncirlik” və “Kürəcik” hərbi bazalarının bağlana bilməsi ilə bağlı səsləndirdiyi fikirlər də Ağ Evin gələcək hərbi-siyasi planlarını təhlükə altına atmış olur. Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə ərazisində Amerikanın istifadəsində olan 15 hərbi bazanın mövcudluğuna dair məlumatlar təxminən iki il əvvəl yerli Kütləvi İnformasiya Vasitələrində işıq üzü görmüşdü. Deməli, sözügedən hərbi bazaların hamısının bağlanması aktuallaşsa, ABŞ hərbi qüvvələrinin bölgədə gücü xeyli zəifləmiş olacaq və ya Amerika Ordusu manevr imkanlarının bir hissəsini itirəcək.

Artıq Qərbdə də bir neçə ölkə dolayısı ilə Türkiyə ilə həmfikir olduğunu ifadə edib. Bir müddət öncə isə Almaniyanın Xarici İşlər naziri Heiko Maas ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara qarşı Avropanın reaksiya göstərməsinin lazım olduğunu söyləyib. Nazir, Rusiya, Türkiyə və Çinə tətbiq edilən sanksiyaları plansız sanksiyalar adlandırıb və bu qanunların gələcəkdə digər Avropa ölkələrinə də tətbiq ediləcəyinin istisna olunmadığını bildirib. O, tərəfdaşlarını ABŞ-a müqavimət göstərməyə çağırıb. Bu isə ondan xəbər verir ki, artıq dünya ölkələri də Amerikanın bu gün həyata keçirdiyi siyasətin gələcəkdə dünyaya tam hakim olmaq planının bir hissəsi olduğunu yaxşı dərk edir.

Söz yox ki, iqtisadiyyat, energetika, nəqliyyat, ticarət, müdafiə və hərbi sənaye sahələrində ən yaxın müttəfiqlərindən biri olan rəsmi Ankaraya ABŞ-ın bölgədə apardığı siyasət ciddi zərər vurur. Əslində isə, Ağ Evin İraq, Liviya, Suriya və Yaxın Şərq siyasəti nəticəsində Türkiyəyə milyonlarla qaçqın və miqrantın axınına səbəb olub. İndiyədək rəsmi Ankara təkcə miqrantlarla bağlı 40 milyard dollardan çox vəsait xərcləyib. Bu isə, Türkiyə üçün elə də kiçik rəqəm sayılmaya bilər. Digər tərəfdən də, həm bu qaçqınlar və miqrantlar arasında çoxlu sayda terrorçunun olma ehtimalı yüksəkdir və onların da bir qisminin Türkiyədə qalması, bir qisminin isə bu ölkə üzərindən Avropaya axın etməsi qonşu dövlətlərin və Avropa ölkələrinin rəsmi Ankara ilə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər. Deməli, Türkiyənin dolayısı ilə zəiflədilməsinə xidmət edən bu amerikasayaq siyasəti Ankrada çox yaxşı anlayırlar.

Rəsmi Ankara NATO-dakı təmsilçisindən Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planı imzalamamağı tələb edib. Qeyd edək ki, Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planın Alyansa üzv 29 ölkə tərəfindən rəsmi olaraq təsdiqlənməsi Amerika üçün vacib amildir. Türkiyənin razılığı olmadan NATO-nun Polşa və Baltikyanı ölkələrdə öz müdafiəsini möhkəmləndirmək istəyi o qədər də asan başa gəlməyəcək.

Hələ ki, ABŞ-ın regionda tutduğu hərbi-siyasi kurs iflasa uğramış kimi görünür. Söz yox ki, Ağ Evin regionla bağlı “A”, “B” və s. sayda planı mövcuddur və bugünkü siyasi mənzərədə meydana çıxarılanlar Amerikanın daha dərin siyasətindən diqqəti yayındırmaq xarakteri daşıyır.

Amma tarixdən də göründüyü kimi, türklərin gözlənilməz qərarları və siyasi manevrləri dəfələrlə rəqiblərinin planlarını alt-üst edib.

Tarixin 350 illik bir mərhələsində aralarında 10 dəfə böyük müharibə baş verən türklər və ruslar 20-ci əsrin əvvəllərində dünyanın yeni siyasi-hərbi quruluşu formalaşanda bir-birilərinə dayaq olublar.

Tarix tam olduğu kimi təkrarlanmasa da, oxşar çalarları ilə yenidən yazılmağa doğru getdiyi bir vaxtda diqqət çəkən türk-rus yaxınlaşmasını Yer kürəsində yeni quruluşların meydana gələcəyi və tam fərqli proseslərin başlanğıcı kimi qəbul etmək olar.

Bəs bu yaxınlaşma Qafqaz üçün nə vəd edir? Təbii ki, Moskva və Ankaranın müttəfiqliyi Cənubi Qafqaz bölgəsində sabitliyin müəyyən mənada təminatına xidmət göstərə bilər. Ən azından bu ölkələrdəki münaqişələrin həllinin sürətlənəcəyi şübhəsizdir. Azərbaycan, Gürcüstan və Ermənistanda hərbi-siyasi vəziyyətn sabit olması Cənubi Qafqazı əhatə edən edən üç böyük dövlətin maraqlarına tam uyğundur. İstər Türkiyə, istər Rusiya, istərsə də İran üçün bu gün dünyada getdikçə sıxlaşan hərbi-siyasi təzyiqin fonunda Qafqaz respublikalarında və onların arasında münasibətlərin sülh şəraitində olması daha çox əlverişlidir. Əsas hissəsi Qafqazdan keçən “Böyük İpək Yolu” layihəsinin əsas tərəfdaşlarından olan Çinin də hərbi, siyasi, iqtisadi mövqeyini nəzərə alsaq, onda bu qənaətə gəlmək olar ki, Türkiyə-Rusiya müttəfiqliyi Asiyanın böyük bir hissəsində milli təhlükəsizlik məsələlərinin qalxanına çevrilib.

Çünki dünyaya hegemonluq iddiasını açıq şəkildə ortaya qoyan ABŞ sözügedən ölkələrə - Rusiya, Çin, İran və Türkiyəyə düşmən mövqeyi sərgiləyir. İlk hədəf İran olduğu halda bu gün Ağ Evin əsas gərginliyi Ankara ilə yaşaması heç də təsadüfi deyil. Türkiyəni təsir altına salmaq İranla yanaşı Cənubi Qafqaz regionuna da daha giriş imkanı əldə etmək deməkdir. Digər tərəfdən, Rusiya və Türkiyəni üz-üzə qoymaq rəsmi Vaşinqtonun əsas məqsədinə-Rusiyanı parçalamaq istəyinə nail olmağın ən əlverişli variantlarından biridir.

ABŞ ilkin mərhələdə Rusiyanın Qərb sərhədlərinə çox ehtiyatla yanaşmağa çalışsa da, cənub və şərq, xüsusilə, islam ölkələrinə söykənən rus sərhədlərinə hərbi yollarla yaxınlaşmaq niyyətindədir.

Diqqətlə nəzər yetirəndə görürük ki, Şərqi Avropada, əsasən Polşa və Baltikyanı respublikalarda hərbi bazalarını qurmağa çalışan ABŞ artıq öz hərbiçilərini Rusiya ilə müharibə şəraitində olan Ukrayna ərazisində yerləşdirməyə başlayıb və Cənubi Qafqazda Gürcüstan və Ermənistanda mövqelərini möhkəmləndirməyə çalışır. Ağ Ev bu bölgədə istəyinə nail olsa, deməli, Türkiyə, Rusiya və İran əleyhinə planlarını sürətləndirməyə macal tapacaq. Artıq Əfqanıstanda mövcud olan Amerika hərbiçiləri və onların yardımı ilə silahlanan müxtəlif silahlı qruplaşmalar Orta Asiya respublikalarına və oradan da Rusiyaya doğru yayılmağa hazır vəziyyətdədir. Nə qədər qəribə olsa da, Rusiya cənubdan Çin və Türkiyənin müəyyən mənada təsir edə biləcəyi türkdilli respublikalarla həmsərhəddir. Bu isə o deməkdir ki, Asiyanın cənub-şərq hissəsində də Türkiyə rəqib kimi ABŞ-ın qarşısına çıxa bilər. Bu baxımdan da, rəsmi Ankraya təsir mexanizmləri işə yaramadığı halda, Vaşinqton ən azından, neytral qalması üçün Türkiyə ilə münasibətləri istiləşdirməyə məcburdur... Amma bu isə daha öz əhəmiyyətini itirib. Çünki türk diplomatiyası çox gözəl anlayır ki, ABŞ Kiçik və Orta Asiyada məqsədlərinə çatdıqdan sonra növbənin Türkiyəyə çatacağı qaçılmaz olacaq....

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Türkiyə   Geosiyasət  

ABŞ-Türkiyə münasibətlərindəki gərginlik regiona necə təsir edə bilər? – EKSPERT (ANALİZ)

2019/07/5765_-1564558347.jpg
Oxunub: 3778     11:03     20 Dekabr 2019    