Alfano Moskvada Qarabağı müzakirə edəcək

2018/01/270_1516886507.jpg
Oxunub: 3549     21:17     25 Yanvar 2018    
“ATƏT-in faəliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano fevralın 1-dən Rusiyada işgüzar səfərdə olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O qeyd edib ki, səfər çərçivəsində Alfono həmçinin Rusiya xarici işlər naziri Ancelino Alfano ilə də görüşəcək.

“Xarici işlər nazirləri söhbət çərçivəsidə əsas diqqəti 2018-ci il üzrə iş planına, o cümlədən terrorizm, narkotik ticarəti və kiber təhlükəsizlik üzrə mübarizəyə ayıracaqlar”, - deyə Zaxarova bildirib.

O həmçinin qeyd edib ki, Ukrayna, Dnestryanı ərazilər və Cənubi Qafqazda mövcud olan münaqişələrin müzakirə olunması planlaşdırılır.

Əlavə edək ki, danışıqlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunacağı ehtimal olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ-münaqişəsi   Ancelino-Alfano   Sergey-Lavrov  


Bizi "telegram"da izləyin