"Sergey-Lavrov" sözünə uyğun 409 nəticə tapıldı!

Lavrov: "Bu, Azərbaycanla strateji tərəfdaşlığımızın ən vacib sahələrindən birini təşkil edir"

2019/12/45645-1575367305.jpg
Oxunub: 405     13:40     03 Dekabr 2019    
“Hərbi-texniki sahədə əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın ən vacib sahələrindən birini təşkil edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Rusiyalı nazir Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-ya üzv dövlətlərin Azərəbycana silah satışı həyata keçirməməsi ilə bağlı müraciətinə də münasibət bildirib.

"Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıq tam şəffaf, beynəlxalq hüquqa və iki ölkənin qanunvericiliyinə əsasən regionda balans qorunmaqla həyata keçirilir", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya-Azərbaycan   Hərbi-əməkdaşlıq