Erməni əsgər anası: "Orduda daha əsgər qalmayıb" (VİDEO)
Oxunub: 2149
19:50
18 Yanvar 2018
"Hər gün ölən var, bu qədər ölüm olar? Orduda daha əsgər qalmayıb".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hökumət binası qarşısında aksiya keçirən öldürülmüş erməni əsgəri Valerik Muradyanın anası deyib.
Muradyan qeyd edib ki, orduda aparılan islahatlar ona inandırıcı gəlmir.
"Nə qədər də iddia etsələr ki, püşkatma yolu ilə xidmət yerinin müəyyən olunması ədalətlidir, yenə də eyni qaydada olaraq qalıb, imtiyazlı əsgərləri 6 ay sonra istədikləri hərbi hissəyə köçürdür, digərlərini Qarabağa göndərməkdə davam edirlər", - deyə o şikayətlənib.
Muradyan həmçinin Vigen Sarkisyan tərəfindən təşəbbüs göstərilən pul toplanılmasına da münasibət bildirib. "Bəli, bu dilənçilikdir. Müdafiə nazirliyinin əsgərə kömək etmək üçün o qədər maliyyə vəsaiti yoxdur. Ona görə də pul toplanmasına başlayıb. Ayıbdır”, - deyə ölən erməni əsgərin anası Muradyan bildirib.