Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Serhey Ryabkov bildirib.
“Bu tamamilə mümkündür. Biz bu müqaviləyə hazırlıqları onun ATƏT-in nazirlər görüşündə baş tutacağını nəzərə alaraq yekunlaşdırırıq. Aydındır ki, situasiyanı nəzərə alaraq Koreya yarımadasında baş verənləri müzakirə etməmək mümkün deyil”, - deyə Ryabkov bəyan edib.
Onun sözlərinə görə, Moskva ümid edir ki, bu müqavilə Rusiyanın KXDR tərəfindən provokasiya xarakterli fəaliyyətin yarımadada gərginliyə səbəb olmayacağı barədə məntiqini qarşı tərəfə çatdıracaq.
“Siyasi və diplomatik tənzimlənməyə alternativ ola bilməz. Artıq böyük ehtimalla biz məntiqin vəziyyəti qaydaya saldığı situasiyalarla rastlaşmışıq və məntiqə əks getmək yalnız gərginləyə səbəb ola, ümumilikdə regional, qlobla təhlükəsizliyə neqativ təsir göstərə bilər”, - deyə nazir müavini əlavə edib.
Ağalar Qəribov
Ordu.az