İranla müharibə Almaniyanın kimya sənayesini stimullaşdırıb

2026/03/Ekran-1773247725.jpg
Oxunub: 299     18:02     29 May 2026    
Çətin dövrlərini yaşayan Almaniyanın kimya sənayesi İran münaqişəsinin kəskinləşməsindən sonra tədarükdə mümkün fasilələrlə bağlı narahatlıqlar səbəbindən ehtiyatları əvvəlcədən artırmağa başlayıblar.

Ordu.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qeyd olunur ki, kimya sektorunda istehsal və satışlar 2025-ci ilin birinci rübündə (öncəki rüblə müqayisədə) 2 faiz artıb.

Gəlirlər əsas və xüsusi kimya, neft-kimya, eləcə də şəxsi qulluq məhsulları daxil olmaqla bütün əsas seqmentlərdə yüksəlib.

Qeyd olunur ki, sifarişlərin artımı qismən Fars körfəzindəki eskalasiyalara cavab tədbirləri olaraq ehtiyat məqsədli alışlar və anbar ehtiyatlarının artırılması ilə bağlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müharibə   Almaniya  


Bizi "telegram"da izləyin