"Almaniya" sözünə uyğun 651 nəticə tapıldı!

“Montana”: ABŞ donanması super döyüş gəmisi planlaşdırırdı, ehtiyat kimi satdı

2018/11/kakao-1541512724.jpg
Oxunub: 357     20:55     06 Noyabr 2018    
1940-cı illərin əvvəllərində ABŞ donanması Yaponiya və Almaniyaya qarşı vuruşmaq üçün böyük və birinci sinif döyüş gəmiləri əldə etməyə çalışırdı. “The North Carolina”, “South Dakota” və “Iowa” sinifli döyüş gəmiləri bu şərtləri hardasa ödəyirdi. Lakin bu gəmilərin ən sonuncusu “Montana” istənilən nəticəni verməkdən çox uzaq qaldı.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, adı çəkilən gəmilərin ən sonuncusu kimi inşa edilən “Montana” “Iowa”lardan daha çox, 18 min ton yük götürə bilir, lakin onlar bu qabiliyyətin böyük hissəsini sürətdən daha çox zireh və əsas batareyaya sərf edir.

ABŞ donanması o zamanlar bu gəmiləri Panama kanalından keçmək üçün həddindən artıq böyüklükdə inşa etdi. Görünüş etibarilə o, “Iowa” sinifli gəmilərə bənzəyirdi. Əsas fərqlilik onun ölçüsü və silahlanmasında idi. “Montana”lar 4 üçlü qüllədə 12 ədəd 16”/50 topları daşıyırdı. Lakin sürəti 52 km/saat idi ki, bu “Iowa”larda 61-ə bərabər idi.

“Montana”lar guya Britaniya, Fransa və İtaliyada olan bütün dizaynları qabaqlamalı idi. Onun əsas rəqibi isə Yaponiyanın “Yamatos”ları hesab edilirdi. Plana görə, “Montana” bu gəmiləri sürətdə geridə qoyacaq və eyni zamanda daha geniş həcmə malik olacaqdı.

Lakin “Yamatos”lar “Montana”nı qabaqlayaraq 1942-ci ildə istifadəyə verildi. Halbuki ABŞ bu gəmiləri “Yamatos”lardan azı üç il qabaq istifadəyə verməyi planlaşdırırdı. Üstəlik o, həm ölçü, həm də silahlanma baxımından “Montana”dan üstün idi.

Bu gəmilər İkinci Dünya Müharibəsində rəqiblər üzərində üstünlük qazanmaq məqsədilə dizayn edilsə də, onlar bu müharibənin sonunda, 1945-ci ildə istifadəyə verilə bildi. Təxminən 20 illik istifadədən sonra isə ABŞ donanması onlardan ehtiyat hissələr üçün istifadə etdi. Bir çoxları bu qərarın düzgün olduğunu və onun daha yaxşı gəmilərə yol açdığını düşünür.

Ağalar Ağalarlı
Ordu.az


Teqlər: ABŞ   Montana