“İran iqtisadi əlaqələrin genişləndirilməsini və nəqliyyat marşrutlarının blokdan çıxarılmasını alqışlayır” - Bəqayi

2026/05/1780063241.jpg
Oxunub: 345     17:51     29 May 2026    
“İran iqtisadi əlaqələrin genişləndirilməsini və nəqliyyat marşrutlarının blokdan çıxarılmasını alqışlayır, lakin ABŞ-nin niyyətlərinə böyük etimadsızlıqla yanaşır”.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“ABŞ-nin dünyanın müxtəlif regionlarında cinayətkar fəaliyyət və təcavüz tarixi var və Tehran bu cür sabitliyi pozan mövcudluğa qarşı qəti şəkildə çıxış edib.

İran hesab edir ki, Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi tərəqqi onun milli maraqlarına uyğundur və həmişə vurğulayıb ki, regiondankənar güclərin regional proseslərə dağıdıcı müdaxiləsi region ölkələrinin sülhü, sabitliyi və ümumi maraqları üçün ciddi çağırışdır və region xalqlarına heç bir fayda verməyəcək”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəqayi  


Bizi "telegram"da izləyin