ABŞ İranla əlaqəli neft daşımalarına görə səkkiz tankeri sanksiya siyahısına daxil edib

2026/05/1780040309.jpg
Oxunub: 316     11:32     29 May 2026    
ABŞ Maliyyə Nazirliyi İranın maraqlarına xidmət edən neft tədarükləri ilə əlaqəli olduğu bildirilən bir sıra hüquqi şəxslərə, səkkiz tankerə və bir fiziki şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran hərbi strukturlarının maraqlarına xidmət edən neft satışlarına qarşı əlavə tədbirlər görür.

Bildirilib ki, bu satışlar İran rejiminə silahlı qüvvələrinin bərpasını maliyyələşdirməyə və ABŞ-nin, eləcə də regiondakı tərəfdaşlarının təhlükəsizliyinə təhdid yaratmağa imkan verir.

Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalara məruz qalan 16 şirkət arasında Çin, o cümlədən Honkonq, Qətər, Hindistan, BƏƏ və Marşal adalarında qeydiyyatdan keçmiş müəssisələr var.

Yeni sanksiya siyahısında yer alan yeganə fiziki şəxs Hindistan vətəndaşıdır.

Nazirliyin siyahısına əlavə edilən səkkiz tanker isə Marşal adaları, Kamerun, Komor adaları, Panama, Palau və San-Marino bayraqları altında fəaliyyət göstərir.

ABŞ Maliyyə Nazirliyi eyni zamanda İranın Hörmüz boğazında gəmiçiliyə nəzarət etmək məqsədilə yaratdığı Fars Körfəzi İşləri Administrasiyasına (PGSA) qarşı da sanksiyalar tətbiq edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin