Ordu.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Son nəticədə bizə heç bir fayda verməyəcək razılaşma qırmızı xətdir. Mən bunu düşünürəm və görəcəyik”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, iranlılar çox bacarıqlı danışıqlar aparsalar da, sərfəli razılaşma əldə etmək üçün bütün üstünlüklər Vaşinqtonun əlindədir.
“Onlar hiyləgərdirlər, lakin sonda bütün üstünlüklər bizdədir, çünki hərbi baxımdan onlara qalib gəlmişik”, - deyə Tramp vurğulayıb.
Bundan əvvəl “Axios” portalı mənbələrə istinadən bildirmişdi ki, ABŞ və İran nümayəndələri silahlı qarşıdurmanın dayandırılması və nüvə məsələsi üzrə danışıqların başlanmasına dair qarşılıqlı anlaşma memorandumu layihəsini hazırlayıblar.
Lakin məlumata görə, Donald Tramp hələ də həmin sənədə yekun təsdiq verməyib. İran KİV-i isə bu məlumatları təkzib edir.
Sevinc Əliyeva
Ordu.az