Ordu.az xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.
İranlı rəsmi bir sıra siyasi açıqlamalarla çıxış edərək qeyd edib ki, İranla qonşu dövlətlər arasında prinsipial ziddiyyətlər mövcud deyil və regiondakı qeyri-sabitliyin əsas mənbəyi ABŞ-nin xarici müdaxiləsi, eləcə də “sionist şəbəkə”nin mövcudluğudur.
Baqeri Kani bildirib ki, son münaqişələr strateji dəniz marşrutlarının, o cümlədən Hörmüz boğazının nə dərəcədə həssas olduğunu nümayiş etdirib.
Onun sözlərinə görə, İran suveren dövlət kimi öz təhlükəsizliyini qorumaq və ona qarşı təhdidlərin qarşısını almaq hüququna malikdir.
İran rəsmisi həmçinin bəyan edib ki, ABŞ-nin “sülh” anlayışı yalnız öz maraqlarının qorunmasına xidmət edir və bu maraqlar qanuni xarakter daşımır. O vurğulayıb ki, istənilən danışıqlar prosesinin uğuru Vaşinqtonun “həddindən artıq tələblərindən” imtina etməsindən asılıdır.
Baqeri Kani əlavə olaraq Minab məktəbinə hücumu xatırladaraq bu cür hadisələrin ABŞ-nin insan hüquqları ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az