Qətər əmiri Trampla regional hadisələri müzakirə edib

2026/05/1780032637.jpg
Oxunub: 295     09:26     29 May 2026    
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı regionda baş verən hadisələri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Qətər Əmirinin Ofisinin yaydığı bəyanatda bildirilib ki, Şeyx Təmim Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə diplomatik həll yollarına və bütün tərəflər arasında dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Donald Tramp isə öz növbəsində Vaşinqton və Tehran arasında Pakistanın vasitəçilik səylərinə verdiyi dəstəyə görə Qətərə təşəkkür edib.

Bəyanatda qeyd olunub ki, ABŞ Prezidenti Qətərin fikir ayrılıqlarının aradan qaldırılması və regionda gərginliyin azaldılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   ABŞ  


Bizi "telegram"da izləyin