Ordu.az xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, İran dövlət televiziyasının Fars körfəzi üzərində, Buşəhr vilayəti yaxınlığında ABŞ qırıcısının vurulması ilə bağlı iddiası həqiqəti əks etdirmir.
“ABŞ-nin heç bir təyyarəsi vurulmayıb. ABŞ-nin bütün hava vasitələri öz yerlərindədir”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, İranın IRIB telekanalı ötən gecə ölkənin hava hücumundan müdafiə sistemlərinin Buşəhr sahilləri yaxınlığında “düşmən təyyarəsini” məhv etdiyini bildirmişdi.
“Tasnim” agentliyi isə Cəm rayonunun qubernatoru Məsud Tənqistaninin “bu gecə baş verən hadisə düşmən təyyarəsinin məhv edilməsi ilə bağlıdır” sözlərini yayıb.
Sevinc Əliyeva
Ordu.az