Ordu.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Biz həqiqətən hesab edirik ki, onlar, İran tərəfi ən azı hazırkı mərhələdə danışıqları vicdanla aparırlar və biz irəliləyirik”, - deyə Vens bildirib.
Bununla yanaşı, ABŞ rəsmisi qeyd edib ki, yekun sazişin şərtləri hələ tam razılaşdırılmayıb.
Onun sözlərinə görə, tərəflər razılaşmaya yaxın olsalar da, qalan məsələlərin hamısının həll olunacağına zəmanət vermək mümkün deyil.
Vens vurğulayıb ki, buna baxmayaraq, danışıqların nəticəsi ilə bağlı kifayət qədər nikbin mövqeyini qoruyub saxlayır.
Sevinc Əliyeva
Ordu.az