Mark Rütte Peter Macarla görüşüb

2026/05/1779988992.jpg
Oxunub: 364     21:18     28 May 2026    
NATO-nun Baş katibi Mark Rütte Macarıstanın Baş naziri Peter Macarla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi məlumat yayıb.

Mark Rütte bildirib ki, Macarıstan Qərbi Balkanlarda sabitliyi dəstəkləyir.

“Macarıstanın Baş naziri Peter Macarla görüşməkdən məmnun oldum. Macarıstan 27 il ərzində alyansa əvəzsiz töhfələr verib”, - deyə Rütte “X” sosial şəbəkəsində yazıb.

Məlumata görə, Macarıstanın Baş naziri Peter Macar sabah Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşəcək.

Bildirilib ki, tərəflər Avropa İttifaqının Macarıstan üçün dondurduğu vəsaitlərin ayrılması məsələsini müzakirə edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   Macar  


Bizi "telegram"da izləyin