Somali Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

2025/09/1758465392.jpg
Oxunub: 340     12:31     28 May 2026    
Somali Prezidenti Hasan Şeyx Mahmud azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ordu.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və dost xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar milli bayram Azərbaycan xalqının dəyanətini və nailiyyətlərini əks etdirir.

Somali Federativ Respublikası Azərbaycan Respublikası ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın qarşılıqlı faydası naminə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı və Azərbaycan xalqına davamlı sülh, sabitlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Azərbaycan  


Bizi "telegram"da izləyin