"Somali" sözünə uyğun 71 nəticə tapıldı!

ABŞ HHQ Somalidə “Əl-Şabab” terrorçularını hədəf aldı: 35 ölü

2019/02/somal-1551160928.jpg
Oxunub: 746     09:54     26 Fevral 2019    
ABŞ ordusu Somalinin Efiyopiya ilə sərhədi yaxınlığında “Əl-Qaidə” ilə əlaqəli olan “Əl-Şabab” terrorçularına hava zərbələri endirib.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı bildirib.

Məlumata görə, terrorçular Hiran regionundakı Beledveyne bölgəsinin 23 mil şərqindəki səhralıq hərəkət edərkən ABŞ HHQ-nin təyyarələri tərəfindən aşkarlanaraq hədəf alınıblar. Hücum zamanı azı 35 terrorçu məhv edilib.

Qeyd edək ki, Tramp administrasiyası dövründə ABŞ ordusu Somalidə terrorçulara qarşı əməliyyatlarını əhəmiyyətli dərəcədə intensivləşdirib. 2017-ci ildən etibarən bu ölkədə 47 belə əməliyyat təşkil olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Somali   Terror