Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan Yeğeqnadzor sakinləri ilə “Hayastan” blokunun nümayəndələrinin görüşü zamanı deyib.
Köçəryan bildirib ki, 2018-ci ildə baş verən hadisələr barədə müxtəlif qiymətləndirmələr və yanaşmalar mövcuddur.
“Pasiyent (Paşinyanı nəzərdə tutur-red.) bu gün dedi ki, mandat almalıdır ki, müxalifəti həbs etdirsin və onları uzun müddət həbsdə saxlasın. Biz artıq həbsdə olmuşuq, qaçmamışıq və mübarizəyə hazırıq. Biz isə deyirik ki, bizə mandat verin ki, ölkəni quraq, təhlükəsizliyi təmin edək, xalqın rifahını yüksəldək, milli kimliyi qoruyaq və ləyaqəti bərpa edək”, - deyə erməni siyasətçi bildirib.
Köçəryan qeyd edib ki, həmin dövrdə xalq cəmiyyətdə imtiyazlı şəxslərin və yerli feodalların mövcudluğundan yorulmuşdu.
“İndi həmin feodalların əksəriyyəti tərəf dəyişərək bu hakimiyyət dövründə feodala çevriliblər. Feodalların rəhbəri Paşinyan isə tərəf dəyişməyənləri həbs etdirir”, - deyə o vurğulayıb.
Köçəryan əlavə edib ki, Dərələyəz bölgəsində də tərəf dəyişməyi sevən biri var və artıq o, feodal deyil, hakimiyyət rıçaqları əldə edib.
“Siz yorulmamısınız? İyunun 7-də hər şeyi dəyişə bilərsiniz. Paşinyan Ermənistanın baş naziri olmamalıdır”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az