ECO-nun Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyib - VİDEO

2025/07/photo-1751597527.jpg
Oxunub: 474     18:55     03 İyul 2025    
Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları iyulun 3-də Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.

Ordu.az xəbər verir ki, hərbi orkestrin ifasında Azərbaycan milli musiqi nümunələri, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılanıb.

Şou müddətində Azərbaycan süvariləri yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəzdilər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ECO   Ağdam   İmarət  


Bizi "telegram"da izləyin