Azərbaycana məxsus "SU-25" qırıcıları "Anadolu Qartalı - 2025"də uçuşlar ediblər - VİDEO+FOTOLAR

2025/07/c5139-1751542532.jpg
Oxunub: 629     15:25     03 İyul 2025    
Azərbaycanın hərbi pilotları “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində növbəti uçuşlarını həyata keçirib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Azərbaycana məxsus "SU 25" qırıcıları 45 dəqiqə ərzində səmada olublar.

Azərbaycanın hərbi pilotlarının uçuşu izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, hərbi təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri də iştirak edir.

Bundan başqa, Malayziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində “Anadolu Qartalı - 2025” beynəlxalq təlimini izləyir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   SU-25  


Bizi "telegram"da izləyin