Azərbaycan pilotları “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində uçuşlar həyata keçirib - FOTOLAR

2025/07/9b416-1751456010.jpg
Oxunub: 593     15:21     02 İyul 2025    
Azərbaycan pilotları Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində uçuşlar həyata keçirib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan pilotlarının uçuşu maraqla qarşılanıb.

Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.

Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Anadolu-Qartalı-2025  


Bizi "telegram"da izləyin