Hikmət Hacıyev: "Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək"

2024/06/1719515222.jpg
Oxunub: 299     23:01     27 İyun 2024    
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

"COP29-un davamı olaraq Azərbaycan 2026-cı ildə UNEP (BMT-nin Ətraf Mühit Proqramı – red.) ilə birlikdə Ümumdünya Ətraf Mühit Gününə, BMT-nin Məskunlaşma Proqramı ilə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək. Azərbaycan münaqişənin başa çatmasından sonra daha qlobal xarici siyasətə keçdiyi və bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək", – o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin