Şəhid qardaşı: "Onun məzarı bizim üçün qürur yeridir"

2024/06/1719500717.jpg
Oxunub: 215     18:07     27 İyun 2024    
"Şükürlər olsun ki, bu gün qardaşımın nəşinin qalıqları doğulduğu yerə gətirilərək dəfn edilib".

Ordu.az xəbər verir ki, bunu Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ucar Zeynalovun qardaşı Bədəl Məmmədov "Report"un Qərb bürosuna müsahibəsində bildirib.

O, qardaşının taleyi barədə illərdir məlumat olmadığını qeyd edib.

"Onun döyüşlərdə şəhid olduğunu bilirdik. Lakin məzarının harada olduğunu bilmirdik. Şükürlər olsun ki, bu gün qardaşımın nəşinin qalıqları doğulduğu yerə gətirilərək dəfn edilib. Onun məzarı bizim üçün qürur yeridir. Dövlət başçısına təşəkkür edirəm. Bütün şəhidlərə rəhmət diləyirəm", - şəhid qardaşı deyib.

Qeyd edək ki, şəhid Ucar Fidail oğlu Zeynalov Göygöl rayon Pənahlılar kəndində dəfn olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Qardaş  


Bizi "telegram"da izləyin