Ordu.az xəbər verir ki, bu barədə bu gün Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı "Baku ID" innovasiya festivalı çərçivəsində “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında çıxışında deyub.
Ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycanın paytaxtına səfərini xatırlayan Alper Gezeravcı bu gün yenidən burada olmaqdan məmnuniyyət ifadə etdi. Bildirdi ki, o görüşdə olduğu kimi, bu səfərdə əsas missiyası ölkəmizdə gənclərə kosmik sahə barədə ətraflı məlumat vermək və kosmosu sevdirməkdir.
Ordu.az