Saməddin Əsədov ideya sahiblərini "Azərkosmos" ilə əməkdaşlığa dəvət edib

2024/02/1707207104.jpg
Oxunub: 207     17:36     27 İyun 2024    
Kosmik sənayədə uğur qazanmaq və gələcəyini bu sahədə görən insanlar, xüsusilə icmalar bir araya gəlməlidir. Kosmik sahənin nümayəndələri bir araya gəlib ortaq məsələlər birgə müzakirə olunsa, həm ölkədaxili, həm də beynəlxalq əlaqələr genişlənər, yeni əməkdaşlıqlar formalaşar. Bu isə ümumilikdə kosmik sahənin inkişafına böyük tövhə verər.

Ordu.az xəbər verir ki, bu barədə bu gün "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov "Baku ID" innovasiya festivalı çərçivəsində “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında çıxışında deyib.

Saməddin Əsədov Azərbaycanda və ölkədən kənarda yaşayan azərbaycanlı gəncləri kosmik sahədə fəaliyyət göstərən startapları və ümumilikdə ideya sahiblərini "Azərkosmos" ilə əməkdaşlığa dəvət edib.

"Əgər sizin kosmik sahəyə dair startapınız, və ya kosmosda Data, kosmosa səyahət və sair kosmik ideyalarınız varsa, gəlib bizimlə əlaqə saxlaya bilərsiz", - deyə "Azərkosmos" sədri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos   Kosmos  


Bizi "telegram"da izləyin